"Sabah" Elvin Camalovla yollarını ayırıb. Sport24.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

Yarımmüdafiəçinin ayrılmaqla bağlı müraciətinə klub rəhbərliyi tərəfindən müsbət qarşılıq verilib və onunla yolların ayrılmasına şərait yaradılıb. Camalov bu gün səhər "Sabah" Futbol Mərkəzində klub rəhbərliyi, komanda yoldaşları və digər əməkdaşlarla görüşərək, onlarla sağollaşıb.

Qeyd edək ki, Camalov karyerasını "Neftçi"də davam etdirəcək.