"Sabah" Azərbaycan çempionatlarında 250-ci qolu vurub. Sport24.az xəbər verir ki, bu, Misli Premyer Liqasının VII turuna təsadüf edib.
Bakı derbisində "Səbail"lə görüşən "Sabah" səfərdə 4:2 hesabla qalib olub.
Matçdakı sonuncu qol qonaqlar üçün yubiley xarakteri daşıyıb. Bu topa Pavol Şafranko penaltidən imza atıb.
"Sabah" 250-ci qolu 183-cü oyunda vurub. Paytaxt təmsilçisinin ilk qolunu 2018-ci il avqustun 12-də Marko Deviç vurub.