"Sabah" 2 futbolçusunu əvəzedici komandaya göndərib. Sport24.az xəbər verir ki, qapıçı Nicat Mehbalıyevlə yarımmüdafiəçi Ceyhun Nuriyev "Kəpəz"lə matçın hazırlığında iştirak etməyiblər.
Onlar yenə əvəzedicilərin çempionatında çıxış edəcək və baş məşqçi Mutad Musayevin qərarını gözləyəcək. Klubdan aldığımız məlumata görə, futbolçuların əvəzedicilərə göndərilməsi imtizamsızlıqla bağlı deyil.
Xatırladaq ki, Nicatla Ceyhun əsas komandada oyun praktikası sarıdan ciddi korluq çəkir.