Azərbaycan millisinin və "Neftçi"nin qapıçısı Rza Cəfərovu Rumıniya "Dinamo"suna keçidinin baş tutmasının təfərrüatları bəlli olub. Sport24.az-a bu barədə etibarlı mənbədən məlumat daxil olub.
22 yaşlı qolkiper Buxarest təmsilçisində oynamaqda maraqlı idi. Hətta klubla qapıçı arasında prinsipial razılıq də əldə edilib və "ağ-qaralar"ın hazırkı kapitanı "Dinamo" ilə anlaşmaq üzrə idi.
Lakin "Neftçi"nin son anda münasibəti dəyişdiyi üçün transfer baş tutmayıb. Bakı klubu ilk olaraq bu keçid üçün müsbət siqnallar verib və Cəfərovu buraxmağa hazır olduqlarını göstəriblər. Amma son anda paytaxt təmsilçisi fikrindən daşınıb və tərəflər arasındakı danışıqlar dalana dirənib.
Mövsümün yaxınlaşması ilə bağlı təzyiqlərə məruz qalan "Dinamo" rəsmiləri vaxt itirməmək qərarına gəliblər və başqa alternativə yönəliblər. Beləliklə, Rumıniya klubu Rza Cəfərovun əvəzinə Kamerun millisinin qapıçısı Devis Epassini heyətinə qatıb.