"Bilirdik ki, bizi çətin oyun gözləyir. "Turan Tovuz" öz meydanında inamlı təsir bağışlayır. Qələbə qazanmaq istəyirdik. Təəssüf ki, istəyimiz reallaşmadı, heç-heçə oynadıq. Komandada ümumi durum yaxşıya doğru gedir. Qış fasiləsindən sonra toparlanıb daha yaxşı olacağına inanırıq". Bu sözləri Sport24.az-a açıqlamasında "Neftçi"nin qapıçısı Rza Cəfərov deyib.
"Turan Tovuz"la matçı şərh edən gənc qolkiper azarkeşlərin fasilədən sonra daha güclü "Neftçi" görəcəyini də vurğulayıb: "İlk növbədə özünəinamı qaytarmaq lazımdır. İlk turlarda qələbə qazana bilməməyimiz bizə psixoloji təsir edirdi. Samir Abasov ilk növbədə komandaya, futbolçulara özgüvəni qaytarmaq istəyir. Bunu bacarsaq, nəticə də qazanacağıq. Böyük ehtimalla, fasilə dönəmində komandadan ayrılan və yeni qoşulan futbolçular olacaq. Sonadək mübarizə aparacağıq. Azarkeşlər fasilədən sonra daha güclü "Neftçi" görəcək".
Qeyd edək ki, Premyer Liqanın XVIII turu çərçivəsində keçirilən "Turan Tovuz" - "Neftçi" matçı 1:1 hesabı ilə başa çatıb.