Rusiya mətbuatı həmyerliləri Stanislav Çerçesova görə baş məşqçisi olduğu Macarıstanın "Ferentsvaroş" klubunun "Qarabağ"la Çempionlar Liqasının III təsnifat mərhələsində qarşıdakı matçları diqqət mərkəzində saxlamaqda davam edir. Sport24.az xəbər verir ki, rus həmkarlarımız növbəti rəqibi Çerçesovun komandasının yetərincə "dişinə" görə olduğunu vurğulayıb.
Bu da ilk növbədə ona görə əsaslanır ki, Budapeşt klubunun heyəti transfer dəyərinə görə "Qarabağ"dan 3 dəfə üstündü - 42 milyon 14 milyona qarşı: "Amma Çerçesov, görünür, futbolçularının azərbaycanlılar üzərində qələbəni əvvəlcədən qeyd etmələrini istəmir. Üstəlik, "Slovan"ın timsalında keçərli sayılan rəqibi heç də asanlıqla olmayaraq məğlub etməyi bacardı - ikinci oyun, necə deyərlər, validol üzərində keçirildi. Beləliklə, Bratislavadakı matçdan sonra rusiyalı oyunçularını "göydən yerə endirməyə" tələsdi".
Xatırladaq ki, macarlar "Slovan"a evdə 1:2 hesabıyla uduzaraq mərhələni səfərdəki böyükhesablı qələbə (4:1) sayəsində keçdi.