Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Abışov vida matçına çıxıb. Sport24.az, bu, “Neftçi” ilə Rusiyanın “Zenit” klubu arasında keçirilən yoldaşlıq görüşündə baş tutub.

"Ağ-qaralar"ın yetirməsi olan 36 yaşlı müdafiəçi “Neftçi Arena”dakı qarşılaşmadan əvvəl təltif edilib. Ona mükafatı “Neftçi” tarixinin ən məhsuldar futbolçusu8lan sabiq hücumçusu Samir Ələkbərov təqdim edib.

Abışov "15 nömrə"də və kapitan sarğısı qolunda start heyətdə meydana çıxıb. O, 2 dəqiqə meydanda olduqdan sonra Azər Salahlıyla əvəzlənib. Azarkeşlər kapitanı alqışlarla yola salıblar.

Qeyd edək ki, karyerası ərzində “Neftçi”, “Xəzər Lənkəran”, “Rubin” (Rusiya), “Qəbələ”, “İnter” (hazırkı “Şamaxı”), “Sabah” və “Zirə” klublarının formasını geyinmiş Rusla bir neçə gün əvvəl karyerasını bitirdiyini rəsmən açıqlayıb.