“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Qarabağ”dan sabiq komanda yoldaşı Abdulla Zubirdən təbrik mesajı alıb. Sport24.az xəbər verir ki, fransalı legioner "İnstagram"da Sadıqovu baş məşqçi kimi ilk medalı qazanması münasibətilə təbrik edib.

Zubir bunu sözləri yazıb: "Sən bunu haqq etdin, mənim qardaşım. Sənin adına sevinirəm” 

Sadıqov da öz növbəsində bu təbrikinə maraqlı cavab verib: "Təşəkkür edirəm. Ümid edirəm ki, sən məni mayın 27-dəki kubok oyununun finalından sonra da təbrik edərsən”.

Qeyd edək ki, mayın 27-də Qəbələdə keçiriləcək Azərbaycan kubokunun finalında məhz “Zirə” “Qarabağ”la görüşəcək.