"Qrasshopper"in futbolçusubolan millimizin üzvü Renat Dadaşov karyerasını Türkiyə Super Liqasında davam etdirəcək. Sport24.az xəbər verir ki, 24 yaşlı forvard "Hatayspor"la anlaşıb. Bə
Bu barədə yerli mətbuat məlumat yayıb.
"Hatayspor"un Renatüçün İsveçrə klubuna 1 milyon avrodan bir az aşağı məbləğ ödəyəcəyi bildirilir. Millimizin üzvü bu həftə Türkiyəyə yollanaraq yeni klubu ilə müqavilə imzalayacaq.
Xatırladaq ki, Dadaşov 2022-ci il iyulunda “Vulverhempton”dan “Qrasshopper”ə keçib. Onun hazırkı komandası ilə müqaviləsi 2024-cü il iyunun 30-na qədərdi.