Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov İsveçrənin “Qrasshopper” komandasında növbəti qolunu vurub.

Sport24.az xəbər verir ki, futbolçumuzun komandası 1-ci turdan təxirə salınan oyunda “Lutsern”lə qarşılaşıb - 1:1. Millimizin üzvü 38-ci dəqiqədə bərabərlik topunun müəllifi olub.