AFFA Region Liqasında 2025/2026-cı illər mövsümünün qalibi bəlli olub. Sport24.az xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən final oyununda "Zəngəzur" və "Marafon" komandaları qarşılaşıblar.

 

Rəqibinə 2:1 hesabı ilə qalib gələn "Zəngəzur" kollektivi çempion olaraq, II Liqada iştirak hüququ əldə edib. "Marafon" isə II Liqaya vəsiqə uğrunda pley-off oyunu keçirəcək.


III yer uğrunda qarşılaşmada "Biləsuvar" komandası "Şəfəq" kollektivini 4:1 hesabı ilə məğlub edərək, bürünc medal qazanıb.

 

Oyunlardan sonra mükafatlandırma mərasimi təşkil edilib. 78 qol vuran "Marafon" komandasının oyunçusu Vüqar Əşrəfli bombardirə təqdim olunan mükafata yiyələnib. "Zəngəzur" komandasından isə Elgün Abbaslı Region Liqasında mövsümün ən yaxşı futbolçusu adına layiq görülüb.

 

Nəhayət, "Biləsuvar" bürünc, "Marafon" gümüş medalla, "Zəngəzur" isə qızıl medal və kubokla təltif olunub. Komandalara mükafatları AFFA-nın baş katibi Cahangir Fərəcullayev və Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov təqdim ediblər.