AFFA-nın təşkilatçılığı ilə keçirilən Region Liqasının final oyununun yeri və başlama saatı müəyyənləşib. Sport24.az  xəbər verir ki, yarışın həlledici qarşılaşması mayın 24-ü, saat 16:00-da Şamaxı şəhər stadionunda baş tutacaq.

 

Qeyd edək ki, AFFA Region Liqasının 2023/2024 mövsümündə 1/4 final mərhələsinin ilk oyunları arxada qalıb. Cavab matçları isə aprelin 27-28-də keçiriləcək.