Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində evdə “Qəbələ”ni 1:0 məğlub edən “Sabah”ınn baş məşqçisi Ramin Quliyev mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, gənc mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.


- Əvvəlcədən bilirdik ki, çətin oyun olacaq. Qələbə ağır başa gəldi. Komandamızda qələbəyə inam yox idi, çünki çoxdandı udmurduq. Sevinirik ki, komanda ruhunu gördük.


- Baş məşqçi olaraq nəyi dəyişə bildiniz?
- Ümumilkdə 8 futbolçumuz millilərdə idi. Bu baxımdan bir qədər problem var idi. Amma ilk növbədə qələbə ruhunu qaytarmağa çalışdıq. Vaxt az olsa da, bəzi xırda dəyişikliklər də etdik.


- Qarşınıza hansı hədəf qoyulub?
- Mən müvəqqəti təyin olunmuşam. Qarşıma konkret məqsəd qoyulmasa da, heyətini, daha uğurlu olmağa layiqdir. Avrokuboklara nəzəri şansımız varsa, bundan maksimum yararlanmalıyıq.


- Ramil Şeydayevdə nə dəyişdi?
- Onun güvənə ehtiyacı var idi. Yaxın zamanda fərqli Ramil görəcəksiniz. Onun sonadək meydanda qalması da bu güvəni ona qaytarmaq üçün idi.