"Qarabağ"ın baş məşqçisi Filip Ozobiç milliləşdirildilməsindən danışıb. Sport24.az xəbər verir ki, 49 yaşlı mütəxəssis yerli pasportu ilə çıxış edəcək 30 yaşlı xorvatiyalı yarımmüdafiəçi ilə danışığının olduğunu söyləyib: "Əlbəttə ki, federasiya rəsmilərilə də söhbətimiz oldu. Sadəcə bir fikrim oldu ki, milliyə daha çox faydalı olsun. Onsuzda mən neçə illərdi ki, ondan komandam üçün faydalanmağa çalışıram. Millidə oynamaq hər bir oyunçu üçün məsuliyyətdi. İnanıram faydalı olacaq. İndi Ozobiçin daha çox milli üçün faydalı olmasını düşünürəm, nəinki bizdə yerli pasportla oynamasını. Komandamızdan milliyə çox oyunçu gedib. Çalışmışıq ki, hamsı da milliyə yaxşı formada getsinlər. Ozobiçə uğurlar arzulayıram. Əslində, Filipin özü üçün də millidə oynamaq yeni futbol görüşü olacaq".