"Sumqayıt"ın "Azərsun Arena"ya səfərləri adətən uğursuz alınıb. Belə ki, əksər vaxt məğlubiyyət alan sumqayıtlılarin darmadağın olunmaları da az olmayıb. Amma onu da unutmayaq ki, "Qarabağ"ı keçən mövsümdə Suraxanıda tək məğlub edən məhz Samir Abasovun komandası olmuşdu - 2:1. Təbii ki, burda ağdamlıların artıq çempion olduqlarından motivasiyasızlıq əsas rol oynamışdı.
Bu dəfə fərqli durum idi və həm Abasov, həm də təcrübəli həmkarı, keçmiş baş məşqçisi Qurban Qurbanov cəzalı olduğundan "texniki zona"da deyildi. "Qarabağ" göstərdi ki, hətta Qurban Qurbanovsuz da inamlı qələbə qazanmağı bacarır.
Meydan sahibləri döyüşkən heyətlə meydana çıxmışdı ki, bu da təsadüfi deyil. Axı, növbəti matç Avropa Liqasında qup mərhələsində İsveçdə "Hekken"lədi. Sadəcə, yerli oyunçu limitinə görə müdafiə bütünlüklə azərbaycanlılardan ibatət idi. Əsas müdafiəçilərdən olan Kevin Medina cızalı idisə, Julio Romaonun ehtiyatda qalması gözlənilməz oldu. Onun yerinə start heyətdə yer alan Patrik Andrade uzun fasilədən sonra ilk dəfə 90 dəqiqə çıxış etdi və ümumilikdə yaxşı təsir bağışladı.
Böyük qüvvəylə müdafiə olunan qonaqlar ilk hissənin ortasınadək duruş gətirdi. "Qarabağ"ın cari çempionatda bombardiri olan Olavio Juninyo hesabı açandan sonra "qol yağışı" oldu. Belə ki, sumqayıtlılar fasiləyədək 4 dəfə oyuna mərkəzdən başlamağa dəvət olundu. Beş dəqiqəyə dubla imza atan Juninyo bombardirlər yarışında liderliyə yüksəldi. Ağdam klubu 3-cü qolu penaltidən verəndə, diqqətçəkən məqam bu zərbəni vurmaq üçün xeyli lazım gəlməsi oldu. Çünki baş hakim Əliyar Ağayev VAR monitoruna göndərildi. Belə hallarda daha çox qərarlar dəyişsə də, FİFA referisi qərarını qüvvədə saxladı. "Qarabağ"ın hazırkı ştatlı penalti vuranı Toral Bayramov dəqiq oldu. İlk hissədə son nöqtəni qoyan Leandro Andrade də Olavio kimi baxımlı qola imza atdı.
İlk 45 dıqiqədə müdafiəsi bərbad olan sumqayıtlılar fasilədə üç əvəzləmə etdi və beşlidən dördlü müdafiəyə keçdi Lakin bu, qonaqların oyununda dönüş yaratmadı. Əksinə, ikinci hissə başlayandan az sonra "Qarabağ" 5-ci qolu vurdu. Mənə görə, matçda ən baxımlı qola da məhz Abdullah Zubir vurdu. Final fitinə hələ deməl olar bir hissə qalsa da, daha böyük darmadağın olmadı. Komandası cəzalı baş məşqçisinin əsas tapşırığına görə oyundan qopmasa da, "Sumqayıt" qapısının toxunulmazlığını qoruyub saxladı. Həm də Qurbanov Avroliqa matçımı nəzərə alaraq heyətdə dəyişikliklər etdi, əsas futbolçularını qorudu.
Beləliklə, "süvarilər" Premyer Liqada ardıcıl 3-cü qələbəni qazandı və ən əsası, artıq özünə gələrək çempionluğa yenə əsas namizəd olduğunu nümayiş etdirdi. "Sumqayıt" isə yüksəlişdən enişə doğru gedir. İlk turlarda liderlər qrupunda olan Samir Abasovun komandası artıq autsayderlər sırasındadı və yoparlana bilməyərək belə davam etsə, Premyer Liqadan düşməyə əsas namizədlərdən olacaq.
MEHMAN SÜLEYMANOV