“Yaxşı komandaya qarşı oynadıq. Bu il tam fərqli “Qəbələ” izləmişik”. Sport24.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XII turunda “Qəbələ” ilə səfərdə qolsuz bərabərliklə nəticələnən oyundan sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssisin fikrincə, rəqib bu gün göstərdi ki, liderlər sırasında yer almağa layiqlidi: "Çox istəkli idilər. Komandamda bir az yorğunluq gördüm, bunu da gözləyirdim. Həm axırıncı matçdan, həm də, ümumiyyətlə, builki oyun təqvimindən sonra futbolçular istər-istəməz yorğunluğu hiss etməlidirlər. Amma yenə də sona kimi yaxşı mübarizə apardılar, güclərini meydanda qoya bildilər. İstənilən halda 1 xal qazandıq. Uzun yol qət edib bura gələn azarkeşlərimizin də hər birinə təşəkkür edirəm”.