"Qarabağ"ı çalışdıran Qurban Qurbanov Komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda digər namizədləri böyük fərqlə qabaqlayaraq, 2025-ci ilin ən yaxşı baş məşqçisi seçilib. Sport24.az xəbər verir ki, ilin ən yaxşısını seçmək üçün 62 jurnalist səs verib.
2 nəfər "Sabah"ın sabiq baş məşqçisi Vasili Berezutskiyə, 1 nəfər "Zirə"ni çalışdıran Rəşad Sadıqova, 1 nəfər "Araz-Naxçıvan"a rəhbərlik edən Elmar Baxşıyevə, 1 nəfər isə "Şamaxı" və Azərbaycan milli komandasının çalışdırıcısı Ayxan Abbasova səs verib. 91,5 faiz səs toplayan Qurban Qurbanov ən yaxşı adına layiq görülüb.