Azərbaycan stolüstü tennisçiləri Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərində təlim-məşq toplanışına qatılacaqlar. Bu barədə federasiyanın mətbuat xidmətindən məlumat verilib.

 

Səfərə Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Xədicə Əbilzadə, Səbinə Məmmədova və Nigar Mahmudova yollanıblar. İdmançılar baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi altında yerli komanda ilə birgə hazırlıq keçəcəklər.

 

Birləşmiş Ərəb Əmirlikləri Stolüstü Tennis Federasiyasının təşəbbüsü ilə təşkil olunacaq təlim-məşq toplanışına dekabrın 24-də yekun vurulacaq.