"Kəpəz" ciddi itkilərlə üzləşib. Sport24.az-ın məlumatına görə, Gəncə təmsilçisi Misli Premyer Liqasında ilin son oyununda iki aparıcı futbolçusunun xidmətindən yararlana bilməyəcək.
Bunlar Olavale Onanuqa və Şakir Seyidovdur. Onlar "Qəbələ"yə qalib gəldikləri (1:0) XV turun matçında sarı vərəqə gördükləri üçün cəzalı duruma düşüblər.
Hər ikisi cari mövsüm dördüncü dəfə bu halla üzləşib. Onanuqa və Seyidov XVI turda, dekabrın 19-da "Turan Tovuz"la qarşılaşmada meydana çıxa bilməyəcəklər.
Qeyd edək ki, Olavale Onanuqa cari mövsümdə 12, Şakir Seyidov isə 14 matçda meydanda olub.