"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatı üçün Azərbaycandan verilən səslərin ünvanları bəlli olub. Bu barədə Sport24.az-a sorğuda iştirak etmiş "CBC Sport" telekanalının redaktoru Rasim Mövsümzadə məlumat verib.

Tanınmış jurnalist ilk pilləyə Fransa millisinin və "Çelsi"nin yarımmüdafiəçisi N Qolo Kanteni layiq gördüyünü bildirib. Mövsümzadə 2-ci sırada Kantenin London təmsilçisindəki italiyalı komanda yoldaşı, son Avropa çempionu Jorjinyonu göstərdiyini açıqlayıb. Həmkarımız "Bavariya"dan polşalı hücumçu Robert Levandovski və onun "Real"dan fransalı həmkarı Kərim Benzemanı 3-4-cü yerlərdə yazdığını diqqətimizə çatdırıb. Mövsümzadə 7-ci dəfə "Qızıl top"a sahib çıxan PSJ-nin və argentina millisinin 34 yaşlı hücumçusu Lionel Messini isə 5-ci yerə layiq gördüyünü vurğulayıb.

Qeyd edək ki, səsvermə qaydalarına əsasən, ilk 5 yerin sahibləri müvafiq olaraq, 6 xal, 4 xal, 3 xal, 2 xal və 1 xal qazanıblar. Messi 613 xalla 1-ci yeri tutub. O, Levandovskini 33 xal qabaqlayıb. Polşa millisinin kapitanı 580 xalla 2-ci olub. Jorjinyo 460 xalla 3-cü yeri tutub. "Mançester Yunayted"in və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu isə 178 xalla 6-cı yerlə kifayətlənib.

Levandovski, Ramos və Benzema” - “Qızıl top”un münsiflər heyətinin  azərbaycanlı üzvündən AÇIQLAMA - Modern.Az Azərbaycan və dünya xəbərləri