Bu gün Premyer Liqada XXXIV tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, turun son günündə iki matç keçiriləcək.

 

Günün ilk qarşılaşması Qəbələdə baş tutacaq. Bölgənin eyniadlı komandası "Sabah"I qonaq edəcək. Meydan sahiblərinin elitanı tərk edəcəyi artıq rəsmiləşib. "Bayquşlar" isə avrokuboklar vəsiqə uğrunda mübarizə apardığından bu matçın onlar üçün böyük əhəmiyyəti var.

 

Qeyd edək ki, oyunun start fiti 17:00-da səslənəcək.

 

Misli Premyer Liqası

IV dövrə, XXXIV tur

17:00. "Qəbələ" – "Sabah" 2:0 

Qol: Ə.Allaş, 33. K.Bauk, 45+1.

Qırmızı vərəqə: D.Volkov, 65 (Sabah)

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ. Şəhər stadionu

"Qəbələ": 1. Rəşad Əzizli, 34. Urfan Abbasov (k), 28. Murad Musayev, 7. Emil Səfərov, 25. İbrahim Ramazanov, 27. Eşqin Əhmədov, 10. Klesio Bauk, 3. Zurab Oçiqava, 99. Ahmed Ayzaya, 9. Əyyub Allaş, 72. Osama Xalayla
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 2. İlkin Qırtımov, 5. Rauf Hüseynli, 12. Nicat Əliyev, 97. Emil Süleymanov, 30. Şahin Şahniyarov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 19. Samuel Tetteh, 17. Yaovi Akakpo
Baş məşqçi: Kaxaber Tsxadadze
"Sabah": 1. Yusif İmanov, 17. Tellur Mütəllimov, 8. Ayaz Quliyev (k), 88. Xəyal Əliyev, 15. Kristian da Silva, 7. Boyan Letiç, 44. Sofian Çakla, 70. Cesse Sekidika, 19. Emmanuel Apeh, 3. Con İrasabal, 28. Kahim Parris
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 16. Rustam Samigullin, 10. Namik Ələskərov, 5. Rəhman Daşdəmirov, 6. Abdulax Xaybulaev, 40. Rauf Rüstəmli, 53. Fəxri Məmmədli, 24. Maruan Hadudi, 18. Davit Volkov, 90. Oluvaseun Timilehin
Baş məşqçi: Krunoslav Renduliç