Yığma komandaların oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasilə bu gün başa çatacaq. Sport24.az xəbər verir ki, IV dövrəyə Qəbələdə start veriləcək.

 

Günün ilk qarşılaşmasında bölgənin eyniadlı təmsilçisi ilə "Neftçi" üz-üzə gələcək. Komandalar turnir cədvəlinin fərqli qütblərində qərarlaşıblar. "Ağ qaralar" avrokuboklara vəsiqə uğrunda mübarizə aparırsa, "qırmızı-qaralar" elitada qalmaq naminə çarpışır. Tərəflər arasında bu mövsüm keçirilən hər 3 oyunda qalib gələn tərəf bakılılar olub.

 

Qeyd edək ki, matçın start fiti saat 16:30-da səslənəcək.

 

Misli Premyer Liqası

IV dövrə, XXVIII tur

16:30. "Qəbələ" – "Neftçi" 0:1 

Qol: K.Lebon, 43

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Anar Şixəliyev
Qəbələ. Şəhər stadionu

"Qəbələ": 1. Rəşad Əzizli, 34. Urfan Abbasov (k), 28. Murad Musayev, 5. Rauf Hüseynli, 7. Emil Səfərov, 4. Lukas Afriko, 3. Zurab Oçiqava, 99. Ahmed Ayzaya, 19. Samuel Tetteh, 9. Əyyub Allaş, 72. Osama Xalayla

Ehtiyat oyunçular: 36. Elməddin Sultanov, 12. Nicat Əliyev, 71. Sənan Ağalarov, 25. İbrahim Ramazanov, 30. Şahin Şahniyarov, 77. Okan Təhməzli, 27. Eşqin Əhmədov
10. Klesio Bauk, 6. Feras Abu Akal, 17. Yaovi Akakpo

Baş məşqçi: Kaxaber Tsxadadze

"Neftçi": 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev (k), 19. Azər Salahlı, 6. Dieqo Valdez, 99. Ervin Koffi, 44. Yuri Matias, 9. Andre Şinyaşiki, 11. Kilan Lebon, 77. Yeqor Boqomolski

Ehtiyat oyunçular: 1. İvan Brkiç, 95. Rəvan Kazımov, 8. Emin Mahmudov, 2. Qara Qarayev, 26. Ömər Buludov, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 23. Ataa Caber
88. Brayan Moreno, 20. Alfa Konte

Baş məşqçi: Miodraq Bojoviç