Azərbaycan Premyer Liqasının XVIII turu ç rçivəsində səfərdə “Səbail”lə 1:1-lik bərabərliyə qalan “Keşlə”nin baş məşqçisi Sənan Qurbanov mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, gənc mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.

- Gözlədiyimiz kimi gərgin oyun alındı. Hər iki komandaya qələbə lazım idi. Futbolçular mübarizə aparırdı. İşimizə guvənməliyuk, inanmalıyıq. Futbolçular mübarizə aparır.

- Artıq 3 oyundu hesabda önə keçsəniz də, qələbəni qoruya bilmirsiniz...
- Biz qol vurduqdan sonra da fərqlənməyə çalışırıq. Ardıcıl neçənci dəfədir ki, hesabı qoruya bilmirik. Bu da psixoloji məqamdır.

- Koçuk niyə yox idi?
- Qızdırması var.

- Qızdırma koronavirusa əlaqədar deyil?
- Xeyr, sadə dədə-baba qızdırmasındandı.