Ürfan Abbasovun ağır zədələnməsindən sonra sol cinah müdafiəçisi axtaran "Qəbələ"nin bu mövqeyə yeni namizədi müəyyənləşib. Komandanın baş məşqçisi Elmar Baxşıyev Sport24.az-a açıqlamasında 21 yaşadək futbolçulardan ibarət yığmamızın sol müdafiəçisi Samet Karakoçla maraqlandıqlarını bildirib.

Amma Baxşıyevin sözlərinə görə, hazırda Türkiyənin III liqasında çıxış edən "Bayrampaşa"nın formasını geyinən 20 yaalı bu futbolçuyla konkret danışıqlar aparmayıblar: "Konkret bir şey yoxdu. Sadəcə, o, maraq dairəmizə düşüb".

Maraqlıdı, "Qəbələ"nin Antalya toplanışında keçiridyi 2 yoxlama matçı bu mövqeyə yeni futbolçunun gətirilməsinə zərurət olduğunu göstərdimi? Baş məşqçini dinləyək: "Olacaqsa, əla, olmasa, başqa oyunçu ilə həmin yeri bağlayacağıq".

Bu yerdə bildirək ki, "Qəbələ" sol cinah müdafiəçisi mövqeyində öz yetirməsi, Premyer Liqamızda bu mövsüm debüt edən Hüseyn Mürsəlovu oynadır. Zədəsini sağaldan təcrübəli Məqsəd İsayev isə həm müdafiənin sağ, həm də sol cinahında çıxış edə bilir.   

Xatırladaq ki, "Qəbələ" "Səbail"dən Turan Manafovla maraqlanaraq onunla bağlı rəsmi təklif göndərsə də, 24 yaşlı bu futbolçu karyerasında ilk dəfə legoner həyatı yaşamağı üstün tutaraq Yunanıstanın II liqa təmsilçisi olan Volos "Olimpiakos"una icarəyə getdi. 

Association of Football Federations of Azerbaijan

 

 

 

MEHMAN SÜLEYMANOV