Macarıstanda "Fehervar" və "Qəbələ" arasında keçiriləcək UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu canlı yayımlanacaq.Sport.az-a verilğn məlumata görə, görüş "CBC İnternational" telekanalının canlı efirində olacaq.
"CBC Sport" telekanalının təşəbbüsü ilə qarşı tərəflə aparılan danışıqlar nəticəsində oyunun Azərbaycanda yayımlanmasına qərar verilib. Matçın şərhçisi stuyudan Ramiz Mirzəzadə olacaq
Qeyd edək ki, iyulun 21-də oynanılacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.