"Qəbələ" Avropa Konfrans Liqasının II təsnifat mərhələsində "Fehervar" klubu ilə qarşılaşmalrın vaxtı məlum olub. Sport24.az xəbər verir ki, ilk görüş iyulun 21-də Macarıstanda baş tutacaq. "MOL Arena Sosto"da keçiriləcək qarşılaşma Bakı vaxtilə saat 21:00-da başlayacaq.
Komandalar arasında cavab matçı iyulun 28-də Qəbələ şəhər stadionunda oynanılacaq. Bu görüşün aşlama saatı açıqlanmayıb.