"Bizim üçün uğurlu mövsum oldu. İki il ardarda Konfrans Liqasına vəsiqə qazandıq, Kubokun finalına vəsiqə qazanmışıq". Bu sözləri Sport24.az-a açıqlamasında "Qəbələ"nin futbolçusu Ülvi İsgəndərov deyib.

26 yaşlı hücumçu Misli Prmeyer Liqasında 20223 mövsümündə çıxışını dəyərləndirib: "Təbii ki, asan olmadı, amma klub olaraq öhdəsindən gəldik. Bu şərtlər altında hədəfə nail olmaq asan bir iş deyil".

Qeyd edək ki, "Qəbələ" son mövsümdə 4-cü yeri tutaraq, Konfrans Liqasına vəsiqə qazanıb.

 

 

KAMAL RZA