"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev "Neftçi"ylə Azərbaycan Premyer Liqasının XVI turunun oyununda qırmızı vərəqə alıb. Sport24.az xəbər verir ki, buna 41 yaşlı mütəxəssisin matçın baş hakimi İnqilab Məmmədova kəskin şəkildə etiraz etməsi səbəb olub.

Baxşıyev ilk olaraq sarı vərəqə ilə cəzalandırılsa da, etiraz etməyə davam edib. Nəticədə ikinci "sarı"nı görərək "texniki zona"dan qovulub. Bu isə o deməkdir ki, AFFA-nın İntizam Komitəsi tərəfindən 1 oyunluq cəzalanacaq Baxşıyev qarşıdakı turda "Sumqayıt"la ev mayçını izləməli olacaq.