Yeni mövsümün hazırlığını davam etdirən "Turan Tovuz"və "Kəpəz" bu gün yoxlama oyununda üz-üzə gələcək. Sport24.az xəbər verir ki, Qəbələ şəhər stadionunun köməkçi meydançasında keçiriləcək oyun saat 17:00-da başlayacaq.

 

Qeyd edək ki, "Turan Tovuz" yay toplanışı çərçivəsində keçirdiyi ilk sınaq matçında II Liqa təmsilçisi "Şəmkir"i 13:0 hesabı ilə məğlub edib. "Kəpəz" üçün isə bu qarşılaşma hazırlıq çərçivəsində ilk sınaq olacaq. Adil Şükürovun komandası iyulun 14-də "Şamaxı" ilə üz-üzə gələcək.