Albaniyanın "Besa" klubunda çıxış edən "Qəbələ" və "Səbail"in sabiq futbolçusu Yurqen Qoxanın Sport24.az-a müsahibəsi

- Azərbaycanda oynadığın vaxtı necə xatırlayırsan?
- Çox gözəl. Bu, mənim həyatımda, karyeramda ən yaxşı anlardan biri idi.

- Hazırda Premyer Liqanı izləyirsən?
- Əlbəttə. Orada mənim çoxlu dostlarım var. Ölkənizdəki insanlar da məni çox sevirlər.

- Ölkəmizdə ilk olaraq "Qəbələ"də forma geyinmisən. Komandanın aşağı liqaya düşməyindən xəbərin varmı?
- Bəli. Hər şeyi bilirəm. Amma əminəm ki, "Qəbələ" daha güclü şəkildə geri dönəcək. Hətta I Liqa oyunlarını da izləyirəm. Özüm də bu komandanın azarkeşiyəm.

- Azərbaycan Premyer Liqasında kimə azarkeşlik edirsən?
- Çempionatda bu mövsüm "Araz-Naxçıvan"ın uğur qazanmasını istəyirəm. Çünki mənim böyük dostum orada çıxış edir.

- Bilmək olar kimdir?
- Urfan Abbasov. Onun oyunlarına xüsusi baxıram.

- Azərbaycandan ayrıldıqdan sonra ölkəmizdən dəvət almadın? Yenidən burada oynamaq istəyərsən?
- Təklif olsa, 100 faiz gələrəm. Mən Azərbaycanı çox sevirəm.