"Qəbələ" klubunun sabiq qapıçısı Əmrah Məmmədli I Liqada çıxış edəcək. Sport24.az xəbər verir ki, "Mingəçevir" 24 yaşlı qolkiperlə anlaşdığını açıqlayıb.

 

Onunla mövsümün sonunadək müqavilə imzalanıb.

 

Qeyd edək ki, Əmrah Məmmədli karyerası ərzində "Şimal", "Cəbrayıl", "Araz-Saatlı" və MOİK klublarının formasını geyinib.