Azərbaycan millisinin sabiq futbolçusu Elvin Yunuszadə "Qəbələ"dən ayrılıb. Bu barədə məlumatı Sport24.az-a açıqlamasında futbolçunun özü verib:

"Klub tərəfindən yeni müqavilə təklif olunmuşdu. İlkin danışıqlar getdi və bəzi nüanslara görə alınmadı. Buna görə də "Qəbələ" ilə yolları ayırdım".

Qeyd edək ki, ötən mövsüm Birinci Liqada çempion olan "Qəbələ" Premyer Liqaya yüksəlib.