Misli Premyer Liqasın XX turunun 3-cü gününə "Qəbələ" - "Sabah" oyunu ilə start veriləcək. Sport24.az prinsipial oyunda komandaların heyətində hansı futbolçuların sarı vərəqə limitində olduğu ilə bağlı yazını sizə təqdim edir.

Meydan sahibi "Qəbələ"nin 2 üzvü sarı vərəqə limitinin bir addımlığında dayanıb. Bunların hər ikisi müdafiəçidir. İlkin Qırtımov VI, XII və XIV turlarda, Murad Musayev isə I, XVII və XVIII turlarda qazandıqları sarı vərəqə sayəsində cəzanın astanasındadırlar. Adıçəkilən oyunçular bu görüşdə də "sarı" alacaqları təqdirdə, XX turda səfərdə "Zirə" ilə keçiriləcək oyunu buraxmalı olacaqlar.

"Sabah"da isə vəziyyəti "qırmızı-qaralar"la müqayisədə daha kritik adlandırmaq olar. Çünki Murad Musayevin rəhbərlik etdiyi komandada 4 oyunçu XXI turu buraxmaq təhlükəsi ilə üz-üzədir. Müdafiəçi Boyan Letiç III, IX və XII, yarımmüdafiəçilər Ceyhun Nuriyev II, III və XV, Coy-Lens Mikels II, IV və V, hücumçu Emmanuel Apeh isə VII, XVII və XVIII turlarda sarı vərəqə cəzalasına məruz qalıblar. Nəticədə qeyd edilən 4 futbolçunun hər biri "Qəbələ" ilə oyunda baş hakim Vüqar Həsənlinin cəzasına məruz qalarsa, növbəti turda "Səbail"lə ev oyununu buraxacaqlar.

Qeyd edək ki, "Qəbələ" - "Sabah" oyunu bu gün saat 15:00-da keçiriləcək.