"Qəbələ" Urfan İsmayılovla yollarını ayırıb. Sport24.az xəbər verir ki, yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

2024-cü ilin yayından "qırmızı-qaralar"ın formasını geyinən Urfan "Qəbələ"də keçirdiyi 27 oyunda 1 qol vurub.

 

"Qəbələ" İsmayılova təşəkkür edib, gələcək karyerasında yeni-yeni uğurlar arzulayıb.