Bu gün I Liqada VII tura start verilib. Sport24.az xəbər verir ki, ilk gündə 1 matç keçirilib. "Qaradağ Lökbatan" "Difai" ilə qarşılaşıb. 

 

Görüş "Qaradağ Lökbatan"ın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bu, qəsəbə təmsilçisinin cari mövsümdə ilk qalibiyyətidir.

 

Qeyd edək ki, turun digər matçları sabah və birigün keçiriləcək. 

 

I Liqa

VII tur

6 noyabr (çərşənbə)

"Qaradağ Lökbatan"  "Difai" - 4:2

Qollar: R.Məhərrəmli, 30, C.Muxtarlı, 42, 45+2, 56 - X.Məmmədli, 87, Ə.Mürsəlov, 89

Hakimlər: Elvin Bayramov, Kərim Zeynalov, Vüqar Bayramov, Kamil Aydınov

Lökbatan. Olimpiya İdman Kompleksinin stadionu.