"Qarabağ"ın albaniyalı hücumçusu Redon Cica Misli Premyer Liqasının VII turuna bu gün yekun vuracaq "Qəbələ" ilə səfər oyununda da iştirak etməyəcək. Sport24.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Mokde"ylə Bakıdakı oyunöncəsi məşqdə zədələnən legioner Qəbələyə gətirilməyib.

Cicanın ayağındakı zədə ilə bağlı müalicəsi davam edir və bu həftə məşqlərə başlayacağı gözlənilir. 

"Molde" ilə görüşdə zədələnən braziliyalı müdafiəçi Mateus Silvanın durumu isə yaxşıdı və məşqlərdə iştirak edir.