"Qarabağ"ın albaniyalı legioneri Redon Cica Avropa Liqasının qrup mərhələsinin ilk turunda Norveçin "Molde" klubuyla ev matçını buraxmalı olub. Sport24.az xəbər verir ki, hücumçunun adı ümumiyyətlə, görüşün iştirak əruzəsində yoxdu.

Buna səbəb Redonun son məşqdə zədələnməsidi. Cica oyunu keçirildiyi Tofiq Bəhramov adına Respublika stadionunun tribunasından izləyir.

Redon bu mövsümdə "süvarilər"in avrokuboklarda bombardiridi. O, 5 qolunun hamısını Çempionlar Liqasında vurub.

Qeyd edək ki, "Qarabağ" - "Molde" görüşündə ilk hissədən sonra hesab açılmayıb.

 

MEHMAN SÜLEYMANOV