Avropa Liqasının V turunda "Molde" ilə matçda zədələnən "Qarabağ"ın futbolçusu Kevin Medinanın durumuna aydınlıq gəlib. Klubdan Sport24.az-a verilən məlumata görə, kolumbiyalı müdafiəçinin zədəsini zədəsinin ciddi olduğu aşkarlanıb.

Belə ki, Medinanın sağ budunda ciddi problem müşahidə olunur.

Legipnet yaxın bir neçə gün ərzində əməliyyat olunacaq. Əməliyyatdan sonra Medinanın konkret nə qədər müddətdə yaşıl meydanlardan kənarda qalacağı məlum olacaq. Amma ilkin MRT müayinələrindən sonra onun 3 ay yaşıl meydandan kənarda qalacağı görünür. 

Xatırladaq ki, Kevin Norveçdəki matçın 77-ci dəqiqəsində zədələnərək meydanı tərk etmişdi.