Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün daha iki yoxlama oyunu keçirəcək. Sport24.az xəbər verir ki, ağdamlılar Niderland təmsilçisi "Tvente" ilə üz-üzə gələcək.
İlk matç Bakı vaxtı ilə saat 17:00-da, ikinci isə 19:15-də başlayacaq.
Qeyd edək ki, "köhlən atlar" Avstriyadakı ilk qarşılaşmada Ukrayna təmsilçisi "Metallist 1925"ə 4:5 hesabı ilə məğlub olub. Bakıdakı yoxlama matçında isə "Zirə"ni böyük hesabla məyus edib - 4:0.