"Qarabağ" İsveçrənin "Sürix" klubunu keçə bilməsə, mübarizəni Avropa Liqasında Çempionlar Yolunda davam etdirəcək. Sport24.az xəbər verir ki, saat 15:00-da başlayacaq püşkatma zamanı 10 cütün heç biri səbətlərə bölünməyəcək.
Yalnız "Pünik" (Ermənistan) - "Düdelanj" (Lüksemburq) cütü istisna olmaqla, 8 cütdən birinin məğlub komandası potensial rəqib olacaq:
"Ferentsvaroş" (Macarıstan) / "Slovan" (Bratislava, Slovakiya)
"Dinamo" (Zaqreb, Xorvatiya) / "Şkupi" (Şimali Makedoniya)
HİK (Helsinki, Finlandiya) / "Viktoriya" (Plzen, Çexiya)
"Linfild" (Şimali İrlandiya) / "Budyo Qlimt" (Norveç)
"Jalgiris" (Litva) / "Malmö" (İsveç)
"Lüdoqorets" (Bolqarıstan) / "Şemrok Rovers" (İrlandiya)
"Maribor" (Sloveniya) / "Şerif" (Moldova)
"Makkabi" (Hayfa, İsrail) / "Olimpiakos" (Yunanıstan)
Xatırladaq ki, Qurban Qurbanovun komandası "Sürix" səddini adlayacağı halda səpələnmişlər səbətində yer alacaq və "Lüdoqorets" (Bolqarıstan) / "Şemrok Rovers" (İrlandiya) cütünün qalibi, "Ferentsvaroş" (Macarıstan) / "Slovan" (Bratislava, Slovakiya) cütünün qalibi və ya Kiprin "Apollon" (Limassol) klubuna rəqib olacaq.