"Qarabağ" Misli Premyer Liqasının son turunda "Turan Tovuz"la ev matçında son 15 dəqiqəni 10 nəfərlə oynamalı olacaq. Sport24.az xəbər verir ki, buna səbəb komandanın mərkəz müdafiəçisi Kevin Medonanın zədələnməsi və əvəzetmə limitinin bitməsidi.

Əzələsini dartan Medina tibbi yardımdan sonra çıxışını davam etdirmək istəsə də, baş məşqçisi Qurban Qurbanov riskə getməyərək çıxmağına işarə edib. Qurbanov Qara Qarayevı Bəhlul Mustafazadə ilə müdafiənin mərkəzində oynamağa göstəriş verib.

Xatırladaq ki, 10-cu dəfə çempion olan ağdamlılar bu formal matçda hesabda 3:1 irəlidədi.