"Qarabağ"ın U-19 komandası bu gün UEFA Gənclər Liqasının əsas mərhələsində növbəti görüşünə çıxıb. Sport24.az xəbər verir ki, Rəşad Sadiqovun rəhbərlik etdiyi kollektiv "Napoli"nin qonağı olub.

 

Həmin görüşə Bakı vaxtı ilə saat 19:00-da start verilib. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi başa çatıb.

 

Qeyd edək ki, 5 oyunda da uduzan "Qarabağ"ın U-19 komandası Liqa mərhələsində 36-cı pillədədir.

UEFA Gənclər Liqası

"Napoli" - "Qarabağ" 2:0
Qollar: 
Raqqioli, 3, Barido, 82