UEFA Gənclər Liqasının əsas mərhələsinin 5-ci turu çərçivəsində keçirilən "Napoli" - "Qarabağ" matçı yarımçıq dayandırılıb. Sport24.az xəbər verir ki, buna səbəb əlverişsiz hava şəraitidir.

 

Belə ki, qarşılaşmanın keçirildiyi Neapol şəhərində güclü yağış yağır.

 

Oyun dayandırılan zaman meydan sahibləri hesabda 1:0 öndə olub.

 

Qeyd edək ki, "Napoli" ilə "Qarabağ"ın əsas komandalar Çempionlar Liqası Liqa mərhələsinin 5-ci turu çərçivəsində bu gecə saat 00:00-da üz-üzə gələcək.