"Çoxdandır "Araz-Naxçıvan" birinci mərhələni keçə bilmirdi. Onları təbrik edirəm. Arazın köklü klub olduğunu bilirik".
Bu sözləri Sport24.az-a açıqlamasında Azərbaycan millisinin sabiq futzalçısı Namiq Məmmədkərimov deyib.
O, Futzal üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk matçında "Araz-Naxçıvan"ın "Benfika"ya (Portuqaliya) 0:9 hesablı məğlubiyyətini şərh edib:
"Əvvəllər heyətdə səviyyəli legionerlər olduğu üçün birinci mərhələni problemsiz keçirdik. "Benfika" dünya səviyyəsində klubdur. Güclü və geniş həyəti var. "Araz-naxçıvan"ın "Benfika"ya böyük hesabla məğlub olmasının səbəbi həyətdəki legionerlerin yükü daşıya bilməməsi oldu. Bizim dövrdə legionerlər bu cür oyunlarda komandanı arxasınca daşıya bilirdi, yerli futzalçılar təkan verirdi. Hesab belə olmaya bilərdi, amma səviyyə öz sözünü deyir. "Araz-Naxçıvan"ın bura gəlib çıxması uğurdur. İnanıram ki, cavab oyununda yaxşı oyun göstərəcəyik".
Qeyd edək ki, tərəflər arasında cavab matçı dekabrın 5-də Portuqaliyada keçiriləcək.