Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Sport24.az xəbər verir ki, iclasda I Liqanın VIII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

 

20.11.2025-ci il tarixində I Liqada VIII turun "Zaqatala" – "Şahdağ Qusar" oyununda "Şahdağ Qusar" komandasında 5 nəfər sarı vərəqə aldığı üçün "Şahdağ Qusar" komandası 210 manat cərimə edilsin (maddə 43.1);

 

21.11.2025-ci il tarixində I Liqada VIII turun "Baku Sportinq" – "Səbail" oyununda "Səbail" komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün "Səbail" komandası 210 manat cərimə edilsin (maddə 43.1);

 

21.11.2025-ci il tarixində I Liqada VIII turun "Baku Sportinq" – "Səbail" oyununun 90+4-cü dəqiqəsində "Səbail" komandasının 39 nömrəli futbolçusu Sadiq Quliyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, "Səbail" komandası 150 manat cərimə edilsin (maddə 17.5, 17.7);

 

21.11.2025-ci il tarixində I Liqada VIII turun "Baku Sportinq" – "Səbail" oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə "Baku Sportinq" komandası 750 manat cərimə edilsin (maddə 86.3);