Avropanın top komandalarının reytinq siyahısı açıqlanıb. Sport24.az xəbər verir ki, cədvəldə qitənin 400 ən yaxşı klubu yer alıb.

 

Siyahıya Azərbaycanın 4 təmsilçisi daxil edilib. Ən yaxşı göstərici "Qarabağ"dadır. 278 xala malik Qurban Qurbanovun yetirmələri 64-cü sıradadır. Təmsilçimizin xal hesabı dəyişməsə də, Ağdam klubu bir pillə geriləyib.

 

Üç pillə irəliləyən "Neftçi" 19 xalla 254-cüdür. 4 xal az toplayan "Sabah" 2 pillə geriləyərək 278-ci sıraya enib. 14 xala malik "Zirə" 5 pilləlik yüksəlişlə 286-cıdır.

 

Qeyd edək ki, siyahıya 2489 xala malik "Real" başçılıq edir.