UEFA Çempionlar Liqasında 2-ci turun oyunları davam edir. Sport24.az xəbər verir ki, bu turnirdə təmsilçimiz "Qarabağ" da bu gün meydana çıxacaq.

 

Qurban Qurbanovun komandası "doğma divarlar" arasında Danimarka təmsilçisi "Kopenhagen"i qəbul edəcək. Oyun saat 20:45-də start götürəcək.

 

"Qarabağ" və "Kopenhagen" artıq avrokuboklarda 5-ci dəfədir ki, rəqib olurlar. İlk dəfə bu komandalar 1998-ci ilin yayında - o vaxt UEFA-nın Kuboklar kuboku adlanan yarışında üz-üzə gəlib və skandinaviyalılar hər iki matçda böyük hesabla qələbə qazanıb - evdə 6:0, səfərdə 4:0.

 

Komandaların 2017-ci ildə ÇL-in pley-off mərhələsindəki qarşılaşmalarda isə "Qarabağ" üstün olub. Bakıda 1:0 hesabı ilə qalib gələn Qurban Qurbanovun komandası səfərdə uduzsa da (1:2), o vaxtkı səfər qolu qaydası sayəsinsə tarixində ilk dəfə Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlib.

 

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, II tur

1 oktyabr

20:45. "Qarabağ" (Azərbaycan) – "Kopenhagen" (Danimarka)

Hakimlər: Serdar Gözübüyük, Ervin Zeynstra, Patrik İnya, Yannik Van Der Laan (hamısı Niderland).

VAR: Rob Dieperink

AVAR: Jeroen Manşot Bakı. Tofiq Bəhramov adına Respublika stadionu