"Qarabağ" klubunun U-19 komandası UEFA Gənclər Liqasında növbəti matçına bu gün çıxacaq. Sport24.az xəbər verir ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv Bakıda Danimarka təmsilçisi "Kopenhagen"lə qarşılaşacaq.

 

"Azərsun Arena"da baş tutacaq matçın start fiti saat 14:00-da səslənəcək.

 

Qeyd edək ki, U-19 ilk turda səfərdə Portuqaliyanın "Benfika" komandasına 1:7 hesabı ilə uduzub. "Kopenhagen" isə evdə Almaniya təmsilçisi "Bayer"ə məğlub olub - 0:2.