21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Həsən Nəzərli Türkiyədə problemlə üzləşib. Sport24.az-ın əldə etdiyi məlumata görə, oyunçu "Ankaragücü" klubunun əsas komandası ilə matçlara çıxa bilmir.
Buna səbəb Türkiyə II Liqasında (səviyyəcə üçüncü çempionat) legioner futbolçular üçün qadağanın olmasıdır.
Ötən mövsüm I Liqadan aşağı dəstəyən düşən paytaxt təmsilçisinin rəhbərliyi Nəzərlinin əsas komandaya qaytarılması üçün yollar axtarır. Hətta bunun üçün onun Türkiyə millisinə dəvət olunması da gündəmdədir. Yalnı belə olacağı təqdirdə futbolçu legioner hesab edilməyəcək və əsas komandaya cəlb olunacaq.
O, hazırda "Ankaragücü"nün aşağı yaş qruplarından ibarət komandasında forma geyinir. Avropada bir neçə klub da Həsən Nəzərlini yaxından izləyir.
Qeyd edək ki, Həsən Nəzərli U-21-lə yanaşı U-19 yığmamızda da çıxış edib.