"Qarabağ" UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Şelburn"un qonağı olacaq. Sport24.az xəbər verir ki, Azərbaycan çempionu bu matç üçün İrlandiyaya yola düşüb.
Qeyd edək ki, "Şelburn" - "Qarabağ" qarşılaşması iyulun 23-də, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. Komandalar arasındakı cavab görüşü isə ayın 29-da Bakıda baş tutacaq.